Müharibə bitdikdən sonra Ukrayna NATO-ya üzv ola bilər.
KONKRET.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Ukraynaya sadiqliyini bir daha bəyan edərək, ölkənin “bir gün” təşkilata üzv olacağına əminliyini bildirib.
Stoltenberq “NATO-nun qapısı açıqdır” deyib.
“Rusiyanın qoşulan ölkələrə veto hüququ yoxdur”, – Stoltenberq deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin “tezliklə Finlandiya və İsveçi NATO üzvü kimi qəbul edəcək”.
“Biz Ukraynanın üzvlüyünə münasibətdə də buna sadiqik”, – deyə o bildirib.
Bəzi rəsmilər və analitiklər hesab edir ki, ABŞ-ın keçmiş prezidenti Corc Buşun təkidlə tələb etdiyi bu addım müharibənin səbəbinin tərkib hissəsi olub.
Stoltenberq bununla razılaşmır.
“Prezident Putin suveren dövlətlərə Rusiya üçün təhlükə yaratmayan suveren qərarlar qəbul etməyi qadağan edə bilməz. Düşünürəm ki, o, demokratiya və azadlıqdan qorxur və bu, onun üçün əsas problemdir”.”, – deyə Baş katib izah edib.
Xuraman Etibarlı,
KONKRET.az