Stoltenberqin yeni vəzifəsi məlum oldubackend

Stoltenberqin yeni vəzifəsi məlum oldu

Gələn ay NATO-nun baş katibi postunu tərk edən Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının sədri postunu tutacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazıb.

O, 2022-ci ildən konfransa sədrlik edən alman diplomat Kristof Heusqeni əvəz edəcək.

Nəşrin məlumatına görə, Yens Stoltenberq 2025-ci ilin fevralında baş tutacaq 61-ci Münhen Təhlükəsizlik Konfransından sonra yeni vəzifəyə keçəcək. Konfransın keçmiş rəhbəri Volfqanq İşinqer Münhen Təhlükəsizlik Konfransı Fondunun Şurasının prezidenti olaraq qalacaq.

Münhen Təhlükəsizlik Konfransı 1963-cü ilin fevralından hər il keçirilir. Tədbirdə siyasətçilər, qeyri-hökumət təşkilatları, hərbi qulluqçular, biznes nümayəndələri təhlükəsizlik və müdafiə sahəsindəki məsələləri müzakirə edirlər. Son konfrans 16-18 fevral 2024-cü il tarixlərində baş tutub. İştirakçılar Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdə eskalasiyanı müzakirə ediblər.

Yens Stoltenberqin 65 yaşı var. 2000-ci illərdə Norveçin baş naziri, 2014-cü ildə isə NATO-ya rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*