“Azərbaycan-Ermənistan sərhədində eskalasiya riski var”.
KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın “Stratfor” özəl kəşfiyyat və analitik şirkəti məlumat yayıb. Şirkət hesab edir ki, Azərbaycan-Ermənistan sərhədində eskalasiya riski var.
Şirkətin fikrincə, vəziyyət gərginləşə bilər, çünki “Bakı İrəvanla danışıqları ləğv edir” və onlar dalana dirənib.
“Situasuyanın bu cür inkişafı bu ilin sonuna qədər sülh danışıqlarında irəliləyiş əldə etmək ehtimalını daha da çətinləşdirir”, – deyə şirkət hesabatında qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az