Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı İvan Stupak Rusiya tərəfindən vurulan AZAL təyyarəsi ilə bağlı yeni məlumatları şərh edərkən maraqlı məlumatlar səsləndirib. O bildirib ki, Ukraynada heç kim Azərbaycan təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına şübhə etmir. Ancaq Rusiya hökuməti Xəzər dənizindəki bütün izləri məhv etmək istəyir.
KONKRET.az xəbər verir ki, İvan Stupak Minvala danışarkən deyib:
“Azərbaycan pilotları böyük şücaət göstərdilər, çünki onlar təyyarəni yerə endirərək insanların həyatını xilas edə bildilər. Amma biz hava hücumu ilə bağlı reallıqları başa düşürük. Təyyarənin quyruq hissəsində gördüyümüz qəlpə izləri Rusiyanın günahını sübut edir. Burada böyük mütəxəssis olmağa ehtiyac yoxdur”, – o deyib.
Ekspert hadisə ilə bağlı Rusiya tərəfinin reaksiyasından da danışıb:
Əvvəlcə ümid edirdik ki, Rusiyanın bu hadisəni düzəltmək beyni və mehriban qonşuluq münasibətləri olacaq, qurbanların yaxınlarına maddi yardım təklif edəcək. Çünki 200-300 min dollar Rusiya büdcəsi üçün problemli məbləğ deyil”.
“Biz deyə bilərdik ki, Rusiya bunu yoluna qoyacaq və günahkarları cəzalandıracaq. Amma burada onlar öz prinsiplərinə sadiq qalıb, yanlış davranış nümayiş etdirdilər”.
Bakının bu məsələdə sarsılmaz mövqeyini şərh edən Stupak deyib: “Ukrayna Azərbaycanın prinsipial mövqeyinə heyrandır. Çünki biz görürük ki, Rusiya tərəfi hər cür təzyiqlər edir. Amma Azərbaycanın mövqeyi möhkəmdir. Ölkə rəhbərliyi öz qərarlarını müdafiə etmək üçün istənilən ssenariyə hazırdır. Çünki sözbəthəlak olan Azərbaycan vətəndaşlarından gedir. Ancaq Rusiya Federasiyasının geri çəkilmək, günahını etiraf etmək, təzminat ödəmək və mehriban qonşuluq münasibətlərini bərpa etmək müdrikliyi varsa, o zaman 90% ehtimalla hər şey unudulacaq. Amma bu baş verməsə, münasibətlər mümkün qədər pisləşəcək. Rusiya Federasiyası Azərbaycan vətəndaşlarını həbs edərək, onları cinayət məsuliyyətinə cəlb etməklə qisas alacaq”, – Stupak vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az