Şəkidə yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə bu gün Şəkinin Çeşməli kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, 1952-ci il təvəllüdlü Balakən rayon sakini Yusif Muradovun idarə etdiyi “Lada Prioara” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı kolluq əraziyə girib. Hadisə zamanı sürücü Y.Muradov dünyasını dəyişib. Y.Muradovun meyiti Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq təcili yardım briqadasına təhvil verilib.
İlkin müayinə zamanı Y.Muradovun sükan arxasında ürək tutmasından öldüyü məlum olub.
Avtomobildə olan sərnişin, sürücünün qardaşı, 81 yaşlı Ziyafəddin Muradov xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.