“Sülh imzalanmadan münasibətlər daha da kəskinləşə bilər, çünki…” – Mirzoyana TƏRS SİLLƏbackend

"Sülh imzalanmadan münasibətlər daha da kəskinləşə bilər, çünki..." - Mirzoyana TƏRS SİLLƏ

“Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması və kommunikasiya probleminin həlli arasında yeganə maneə danışıqlar və dialoqun natamam vəziyyətdə olmasıdır. Düşünürəm ki, bunun üçün təkcə bir, iki, ya da beş il kifayət etməyəcək. Regionda ən azı bir nəsil dəyişməlidir ki, bu dialoqu və əməkdaşlığı bərpa etmək mümkün olsun. Bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib. Mirzoyanın dediyindən belə çıxır ki, sülh üçün hələ illər keçməlidir? Nəsillər dəyişməlidir ki, aradakı düşmənçilik səngisin və sonra sülh müqaviləsi imzalansın. 

Mövzunu KONKRET.az-a politoloq Əlimusa İbrahimov şərh edib:

Politoloq Əlimusa İbrahimov "Yeni TV"-nin canlı yayımında

“Mirzoyan yenə də öz gündəliyini irəli sürür. O, sülh müqaviləsinin imzalanmasını istəmir və buna qarşı çıxır. Məhz Mirzoyan kimilərinin sayəsində tərəflər arasında sülh müqaviləsinin imzalanması dalana dirənib. Ermənistan hakimiyyəti və oradakı siyasi qüvvələr Bakı və İrəvan arasında münasibətlərin qurulması istiqamətində addım atmaq istəmirlər. Düşmənçiliyi əvvəlki formada davam etdirirlər. Onların məqsədi  düşmənçilikdən öz maraqları naminə istifadə etməkdir. İllər keçdikcə Ermənistan Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik mövqeyini dəyişməsə, o zamanötən illərin heç bir nəticəsi olmayacaq. Bu gün sülh müqaviləsinin imzalanması üçün ölkələr arasında münasibətlərin tam düzəlməsini gözləsək, o zaman proses dalana dirənəcək. Çünki ölkələr arasında münasibətlərin düzəlməsi üçün Ermənistan tərəfi addım atmır. Düşünürəm ki, İrəvan sülh istəyirsə, buna doğru irəliləyəcək və ardınca münasibətlərin inkişaf etdirilməsi asanlaşacaq. Əks halda sülh imzalanmadan, münasibətlər daha da kəskinləşə bilər. Hərçənd, Mirzoyan və onun kimilərin istədikləri də məhz budur. Çünki onlar xarici havadarlarının çaldığı mahnılara rəqs edirlər. Xarici havadarlar isə tərəflər arasında düşmənçilik toxumu səpməklə məşğuldurlar”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*