Sülhməramlıların komandanı Bakıya yola düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun “antiböhran şurasının sədri” Tiqran Petrosyan Facebook-da canlı yayımda deyib. O bildirib ki, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı Aleksandr Lentsov danışıqlar üçün Bakıya gedir.
“Ruslar azərbaycanlılarla danışıqlar apardıqlarını əsas gətirərək bizi çərşənbə gününə qədər gözləməyə çağırırlar. Biz tərəddüd etməməliyik, ruslara xalq olduğumuzu göstərmək üçün addımlar atmalıyıq. Onlar bizimlə oyun oynayırlar”, – Petrosyan deyib.
Petrosyan erməniləri meydana çıxmağa çağırıb və Rusiyaya tələb irəli sürüb.
“Əgər ruslar desələr ki, bunu bacarmırlar, biz BMT-yə müraciət edəcəyik. BMT də cavab verməsə, biz bütün dünyanın erməni xalqından üz döndərdiyini başa düşəcəyik. Biz özümüz nəticə çıxarıb addımlar atmalıyıq”, – Petrosyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az