Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yeni sədri kimdir?backend

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yeni sədri KİMDİR?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Apellyasiya məhkəmələri sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, sərəncama əsasən, Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Rəşad Əliyev fəaliyyəti dövründə çıxardığı ədalətli qərarlarla ölkədə məhkəmə-hüquq sisteminə olan güvənin artmasına təkan verən hakimlərdən biridir. Azərbaycan məhkəmə-hüquq sistemində ədalətliliyi və obyektivliyi ilə hər zaman nümunə sayılacaq hakimlərdəndir. 2001-ci ildən günümüzə qədər hüquq sistemində çalışdığı bütün vəzifələri layiqincə yerinə yetirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsi müddətində Rəşad Əliyev bir çox prosesdə ədaləti təmin edərək bəraət hökmü çıxarmışdır.

Qeyd edək ki, Rəşad Əliyev 1993-cü ildə məlum iyun qiyamı zamanı dövlət mənafeyini hər şeydən üstün tutmuş Samux rayon prokuroru şəhid Şəmşir Əliyevin oğludur. Şəmşir Əliyev 14.06.1993-cü ildə Samux rayon prokuroru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar cinayətkar dəstə tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində həlak olmuşdur.

Legitim.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*