“Sumqayıt” Serbiya klubu ilə bərabərə qaldıbackend

“Sumqayıt” Serbiya klubu ilə bərabərə qaldı

Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin daha bir oyunu baş tutub.

KONKRET.az xəbər verir ki, günün yeganə qarşılaşması “Sumqayıt”la Serbiyanın “Çukariçki” komandası arasında baş tutub.

Azərbaycan təmsilçisi bu rəqiblə ilk matçına səfərdə çıxıb. İlk oyunda qapılara qol vurulmayıb.

Komandalar arasındakı cavab oyunu iyulun 29-da Sumqayıtda keçiriləcək.

Azərbaycanı bu turnirdə təmsil edəcək digər komandalar – “Qarabağ”la “Keşlə” isə ilk matçını sabah keçirəcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
21 iyul

Çukariçki – Sumqayıt 0:0
Baş hakim: Fedayi San (İsveçrə).
Belqrad. “Çukariçki” stadionu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*