Sumqayıtda 84 yaşlı nənəsini ayaqqabı ipi ilə boğaraq öldürən nəvə TUTULDU – FOTObackend

Sumqayıtda 84 yaşlı nənəsini ayaqqabı ipi ilə boğaraq öldürən nəvə TUTULDU - FOTO

İyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokuroluğun Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
N.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, nənəsini ayaqqabı ipi ilə boğaraq öldürüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, pedoqoq və şairə olan Qənirə Mehdixanlı 30 ildir Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt Regional İdarəsinin rəhbəri kimi çalışırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*