Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
KONKRET.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
Belə ki, avtoqəza zamanı “Kia” markalı minik avtomobilində olan 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.