Sumqayıtda ər arvadını boğaraq öldürməkdə şübhəli bilinir.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızının həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.