“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılırbackend

“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır

“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır.

KONKRET.az xəbər verir ki, bu barədə APA hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca”nın redaksiyaları bağlanacaq.

Qeyd edək ki, “Sputnik-Azərbaycan” Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərir.

Bu gün yerli mətbuatda “Sputnik Azərbaycan”ın və BBC -nin (“BBC News Azərbaycanca”) Azərbaycandakı redaksiyalarının işində Azərbaycan tərəfindən tənzimləmələr ediləcəyi barədə məlumat yayılıb.

Məlumatda bildirilirdi ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.

Başqa sözlə, “Sputnik-Azərbaycan”ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.

Hazırda bu paritet ciddi şəkildə pozulub. Belə ki, AZƏRTAC-ın Rusiyada cəmi bir müxbiri olduğu halda, “Spitnik Azərbaycan”ın Bakıda bütöv redaksiyası fəaliyyət göstərir.

Eyni paritet yanaşmanın “BBC Azərbaycanca”ya da tətbiq ediləcəyi qeyd olunurdu.

***

Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək barədə qərar qəbul edib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Kaliber.az”mənbəyə istinadən məlumat yayıb.

Bu düzəlişlər, xüsusən, ölkədə “Rossiya Seqodnya”nın bir bölməsi kimi fəaliyyət göstərən “Sputnik Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək. Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, “Azərtac”ın Rusiyadakı müxbirlərinin sayı qədər “Russiya Seqodnya”nın müxbiri ölkəmizdə fəaliyyət göstərəcək.

Hazırda söhbət bir tam ştat vəzifədən gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*