Sumqayıtda naməlum şəxs tərəfindən bıçaqlanan 54 yaşlı kişi ölüb.
KONKRET.az-ın məlumatına görə, iyulun 14-də şəhər ərazisində baş verən hadisə zamanı 1968-ci il təvəllüdlü Kamalov Rafiq Qasım oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Xəstəxanaya yerləşdirilən 54 yaşlı şəhər sakini həkimlərin səyinə baxmayaraq, bu gün ölüb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./APA