Sumqayıtda maşın aşdı – 12 yaşlı oğlan öldübackend

Sumqayıtda maşın aşdı - 12 yaşlı oğlan öldü

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.

KONKRET.az Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

İlkin məlumata əsasən, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2013-cü il təvəllüdlü Canaliyev Hüseyn Həsən oğlu hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*