Sumqayıtda məktəbi bit-birə basıb?backend

Sumqayıtda məktəbi bit-birə basıb?

Sumqayıt məktəbində mühüm problem üzə çıxıb.

KONKRET.az xəbər verir ki, tədris ilinin başlamasına sayılı günlər qalsa da, valideynlər övladlarının 14 nömrəli məktəbə getmələrini istəmirlər. Onlar təhsil ocağının sinif otaqlarında bit-birələrinin olduğunu iddia edirlər.

Valideynlərin sözlərinə görə, problemlə bağlı məktəb rəhbərliyinə müraciət olunsa da, hələlik heç bir tədbir görülməyib.

“Heç bir valideyn uşağının antisanitariya şəraitində oxumasını istəmir. Bundan əlavə, bit-birə xəstəlik daşıyıcısı sayılır”, – deyə şikayət edən valideynlərdən biri bildirib.//Sumqayıt24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*