Sumqayıtda qaz kəsiləcəkbackend

Sumqayıtda qaz kəsiləcək

Bu gün saat 12:00-dan Sumqayıt şəhərinin təbii qazla təchizatında məhdudiyyət olacaq.

Bu barədə KONKRET.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qas İstismar Sahəsindən məlumat verilib.

Məlumata görə, şəhərin Xəzər bağları ərazisində yerləşən Sürücülük məktəbinin yaxınlığında qazi ailəsinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatında fasilə yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*