Sumqayıtda saxlanılan şəxsdə qumbara aşkarlanıb.
Bu barədə KONKRET.az-a DİN-dən bildirilib.
Xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Hətəmovdan “F-1” qumbarası aşkar edilərək götürülüb.