Sumqayıtda yaşayan ermənilərin SAYI AÇIQLANDIbackend

Sumqayıtda yaşayan ermənilərin SAYI AÇIQLANDI

Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsi 2022-ci ilin sonunda 426 min nəfər sakin qeydə alıb.

KONKRET.az xəbər verir ki, bu göstəricilərə əsasən, Sumqayıt şəhərində 377 941 nəfər, Hacı Zeynalabdin qəsəbəsində 29 641 nəfər, Corat qəsəbəsində isə 18 418 nəfər əhali yaşayır.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Sumqayıtda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib.

Məlum olub ki, Sumqayıtda say çoxluğuna görə azərbaycanlılardan sonra ləzgilər gəlirlər. Sonrakı yerlərdə ruslar və talışlar qərarlaşıblar.

Sonuncu siyahıyaalınma zamanı Sumqayıtda, hətta 4 nəfər erməninin yaşadığı da müəyyən olunub.

  • Alik
    Yanvar 25, 2024 - 19:49

    Bu nə deməkdir!? Talışlar,Ləzgilər azərbaycanli deyillər!?

    • Baxa.Samedov
      Yanvar 26, 2024 - 11:04

      Talış, Ləziz, Tatar, Tat, Türk və s hamısı Azərbaycanda yaşayan Azərbaycanlıdır. Hamımızda qardaşıq. (Ermənidən başqa hamımız qardaşıq). Yani hamımız bu torpağın vətəndaşlarıyıq. Bu torpaqlar bizim canımız qanımız Vətənimizdir. Sadəcə olaraq milliyetini. Adını qeyd ediblər.

  • Ülviyyə İsgəndərova
    Yanvar 26, 2024 - 02:22

    Deməli Talış və Ləzgi Azərbaycanlı sayılmır?

  • Elgün
    Yanvar 26, 2024 - 18:21

    Bu necə yanşmadır belə? Tat, talış, avar və s etnik kimlikdir. Vətəndaşlığımız azərbaycanlıdır deyə etnik kimliyimizi unuda bilmərik! Cahil-cahil yazmağa o dəqiqə hamının əlində telefonu hazırdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*