Ermənistanın Qərblə əməkdaşlıq etməsi düşmən ölkənin bəzi siyasi dairələrində ciddi narahatlıq yaradır. Onlar hesab edirlər ki, Qərbin Ermənistana can atması ermənilərə yaxşı heç nə vəd etmir.
KONKRET.az xəbər verir ki, erməni politoloq Suren Surenyants bildirib ki, Qərb Ermənistanda Ukrayna siyasəti aparır və bunun da ciddi fəsadları ola bilər.
Politoloqun fikirincə, erməni cəmiyyəti illuziyalarla yaşayır və Qərbin vədinə inanır. Bu həmin Qərbdir ki, bir vaxtlar Gürcüstana da, Ukraynaya da yağlı vədlər verirdi: “Erməni xalqını bir məsələdən agah etmək istəyirəm; Ukrayna Baş Qərargahının rəisi Valeri Zalujnı deyib ki, əgər onlara lazımi yardım göstərilməsə, Rusiyanın qələbəsi qaçılmazdır. Ukraynanı suverenlik modeli kimi təqdim edən yalançı qərbpərəstlərimiz bu sətirləri diqqətlə oxusunlar.
Rusiya ilə açıq qarşıdurmaya girən Ukrayna xarabaya çevrilib və kənar yardımdan o qədər asılıdır ki, onun gecikməsi belə dövlətçiliyin dağılmasına səbəb ola bilər. Ukraynalaşma bizim üçün yol deyil. Qərb bizə kömək etmək əvəzinə bizi illüziyalarla qidalandırır”.
Vəli Həsənov,
KONKREt.az