Surenyants: “Qarabağda daha erməni qalmayacaq”backend

Surenyants: "Qarabağda daha erməni qalmayacaq"

Ermənistan cəmiyyətində baş verən xaotik vəziyyət səngimək bilmir və düşmən ölkənin siyasi dairələrində çəkişmə davam edir. Ermənistanın üzləşdiyi böhranda bir-birilərini ittiham edənlər daha çox baş naziri günahlandırırlar.

Erməni politoloq Suren Surenyants özünün Teleqram kanalında ölkəsinin başına açılan oyunlardan narahat olduğunu deyib:

“Dövlətçiliyin süqutu belə baş verir. Qarabağ dövlət qurumu kimi beynəlxalq siyasətdə praktiki olaraq mövcud deyil və Qarabağ erməniləri həll yolları axtarmaq əvəzinə toqquşmalara səbəb ola biləcək daxili çəkişmələrlə məşğuldur”.

O, sülh gündəliyində Rusiyaya aid edilən təkliflərə də toxunub və qeyd edib ki, ruslar Qarabağın müstəqilliyi, hətta siyasi muxtariyyətini belə nəzərdə tutmurlar.

“Orada bələdiyyə və mədəni muxtariyyətin yalnız zəif komponentləri var. Lakin Rusiyanın təklifləri qüvvələr balansına əsaslanır. Amma güman etmirəm ki, bundan sonra kimsə bizə daha yaxşı təklif versin. Zaman da əleyhimizə işləyir. Üç aydan sonra bizə ən pis təklif gələcək, ya da heç onu da etməyəcəklər. Ehtimal ki, həmin müddətə qədər Qarabağda daha erməni qalmayacaq”, – deyə erməni politoloq bildirib.

Vəli Həsənov,

KONKRET.az

  • Rəfael
    Avqust 22, 2023 - 00:39

    Qalacaq, erməni müdafiə ordusu adı altında gizlənən 10 000-ə yaxın rus ordusu tərkibində.
    Bəli bunlarin yarıdan çoxu rus pasportu olan ermənilərdir. Dünən Qarabağdan çıxan gənclər onların uşaqlarıdır ki, Rusiyaya oxumağa qayıdırlar. Heç bir ermənini oradan çıxmağa qoymurlar. Hamısı bilir ki, orafa 12 000- yaxın rus əskəri, tam silahl, var.
    Bizimkilər bunu nəzərə almalıdırlar.

  • Aftandil
    Avqust 22, 2023 - 05:44

    Ermənisiz AZƏRBAYCAN mənim çoxdankı arzumdur.

  • Əli
    Avqust 22, 2023 - 13:41

    Bu hamıya aydındır ki o ermənilər əvvəldən Rus dindarları,na arxalanıllar. Bizimkilər yaxşı olar bunuda bilsinlər ki İran və Fars faşizmi tam bu Fələkzədə ermənilərin kürəyində durub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*