Suriya da müharibəyə QOŞULDU: İsrail ərazisinə mərmilər atdıbackend

Suriya da müharibəyə QOŞULDU: İsrail ərazisinə mərmilər atdı

İsrail ordusu Suriyadan atışma qeydə alıb.

KONKRET.az xəbər verir ki,  bu barədə çərşənbə axşamı ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl Suriyadan İsrail ərazisinə bir sıra atışlar qeydə alınıb”, – məlumatda deyilir. Hərbçilərin sözlərinə görə, mərmilərin bir hissəsi sərhədi keçərək İsrail tərəfinə düşüb, bəzilərinin isə yaşayış olmayan ərazilərə düşdüyü ehtimal edilir.

Buna cavab olaraq İsrail hərbçiləri artilleriya atəşi açıb.

“Suriyadakı atışların mənbəyinə artilleriya və minaatanlarla cavab verilib”, – deyə bəyanatda bildirilir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*