Suriya Rusiya ilə investisiya müqaviləsini ləğv etdi – Tartus limanına özləri nəzarət edəcəkbackend

Suriya Rusiya ilə investisiya müqaviləsini ləğv etdi - Tartus limanına özləri nəzarət edəcək

Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsinə dair investisiya müqaviləsini ləğv edib.

KONKRET.az xəbər verir ki, bu abrədə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi bildirib: “Rusiya şirkəti ilə Tartus limanına sərmayə qoyuluşu ilə bağlı imzalanmış müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin maraqları naminə istifadə olunacaq”. Qeyd olunur ki, liman işçiləri köhnəlmiş avadanlıqları modernləşdirəcəklər. Xatırladaq ki, 2019-cu ildə Suriya hökuməti Rusiyanın “Stroytransgaz” şirkəti ilə investisiya müqaviləsi bağlayıb. Müqavilə Rusiyaya limanı 49 il müddətinə işlətməyə icazə verirdi, lakin onun modernləşdirilməsinə 500 milyon dollardan çox vəsait lazım idi.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*