İsrail Hərbi Hava Qüvvələrinin cənub Suriyada yerləşən Əzraa şəhərinə endirdiyi aviazərbələr nəticəsində komanda məntəqəsi, sursat anbarları və yanacaq saxlanılan obyektlər məhv edilib. Bu barədə Suriya dövlət televiziyası Syria TV məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Əzraa şəhəri Dəməşqdən 65 km cənubda yerləşir və orada 12-ci tank alayının sahə düşərgəsi yerləşir. Hava hücumları nəticəsində DİN və Müdafiə Nazirliyinə tabe xüsusi təyinatlı bölmələrin texnikaları da vurulub. Bu bölmələr Dəməşqdən Suriya cənubuna sabitliyi bərpa etmək və druz özünümüdafiə dəstələrini tərksilah etmək üçün göndərilmişdi.
Səhər saatlarında İsrail aviasiyası Əs-Süveyda şəhəri və ətraf ərazilərə üç dəfə hava zərbəsi endirib. Hücumların nəticələri və itkilər barədə dəqiq məlumat yoxdur.
Məlumata görə, ÇAXAL-ın hücumlarından sonra druz dəstələri əks-hücuma keçib və Əs-Süveyda şəhərinin bir hissəsində nəzarəti ələ alıb.
Natiq Səlim,
KONKRET.az