Suriyada keçid hökuməti Əs-Süveyda şəhərinə qadın vali təyin edib. Bu da Suriyada ilk hadisə kimi tarixə keçib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə Möhsünə əl-Maytavi (Mohsena al-Maithawi) təyinat alıb.
Qeyd edək ki, adıçəkilən xanım daha əvvəl bankların birində yüksək vəzifədə çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Meysə Sabirin adlı qadın Suriya Mərkəzi Bankının rəhbəri vəzifəsinə təyin edilib./axaraz