Suriyadakı ABŞ bazasına dronlarla hücum edildibackend

Suriyadakı ABŞ bazasına dronlarla hücum edildi

Suriyanın şərqində Əl-Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası pilotsuz təyyarələrlə hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Al Mayadeen televiziyası məlumat yayıb.

Məlumata görə, bazada güclü partlayış səsləri eşidilib, hesabatda əlavə məlumat verilmir.

Telekanal bildirir ki, pilotsuz təyyarələr Suriyada yerləşən ABŞ qüvvələrinin istifadə etdiyi Əl-Həsəkə əyalətindəki aerodromu da vurub.

Hücumlara görə məsuliyyəti İraq İslami Müqavimət Hərəkatı öz üzərinə götürüb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*