Suriyadakı ABŞ hərbi bazasına raket atıldıbackend

Suriyadakı ABŞ hərbi bazasına raket atıldı

Suriyanın Həsəke əyalətinin cənubundakı Əl-Şəddadi bölgəsində yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, hərbi obyektin yaxınlığına dörd raket düşüb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidmətindən bildirilib ki, hücum nəticəsində xəsarət alan olmayıb, koalisiyanın bazasına və əmlakına heç bir ziyan dəyməyib.

Xatırladaq ki, noyabrın 17-də Suriyanın Deyr əz-Zor əyalətindəki Ömər neft yatağının yaxınlığında yerləşən ABŞ hərbi bazasına raket zərbələri endirilib.

Qeyd edək ki, Suriyanın Həsəkə, Deyr əz-Zor və Rakka əyalətlərinin əksəriyyəti hazırda ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətindədir. 2015-ci ildən ABŞ komandanlığı bu ərazidə 9 hərbi baza yaradıb. 2019-cu ilin sonunda ABŞ-ın o zamankı prezidenti Donald Tramp bir neçə yüz ABŞ əsgərinin Suriyada qalmasını nəzərdə tutan planı təsdiqləyib. Onların əsas vəzifələrindən biri ölkənin şərqindəki neft yataqlarına nəzarəti təmin etməkdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*