Suriyadakı Əsəd tərəfdarları dinc oturmur – 14 polis öldürüldübackend

Suriyadakı Əsəd tərəfdarları dinc oturmur - 14 polis öldürüldü

Cümə axşamı səhər Suriyada keçid administrasiyası 14 polis əməkdaşının öldüyünü açıqlayıb.

KONKRET.az “The Guardian”a istinadən xəbər verir ki, onlar Bəşər Əsədə sadiq qüvvələr tərəfindən öldürülüb. Hadisə Tartusun kənd ərazisində baş verib. Bunu Suriyanın daxili işlər naziri  Məhəmməd Əbdürrəhman da təsdiq edib: “Tartus kəndində cinayətkar rejimin qalıqları pusqu qurub. Nəticədə vətəndaşların təhlükəsizliyini və müdafiəsini təmin edən 14 polis əməkdaşı həlak olub, 10 nəfər isə yaralanıb”. Daha sonra o, əlavə edib ki, Suriyanın təhlükəsizliyini pozmağa və ya vətəndaşlarının həyatını təhlükəyə atmağa cəsarət edən hər kəs ciddi şəkildə cəzalanacaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*