Suriyanın əs-Süveyda vilayətində silahlı toqquşma: 30-dan çox ölü, 100-dən çox yaralıbackend

Suriyanın əs-Süveyda vilayətində silahlı toqquşma: 30-dan çox ölü, 100-dən çox yaralı

Suriyanın Daxili İşlər Nazirliyi əs-Süveyda vilayətində silahlı qruplaşmalar arasında baş verən toqquşmalar nəticəsində azı 30 nəfərin öldüyünü, 100-dən çox insanın isə yaralandığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, qarşıdurmalar vilayətin cənubundakı Kenakir yaşayış məntəqəsi və qərb kənarlarında davam edir. Hadisələrin gedişində bir sıra dinc sakinlər girov götürülüb.

Dürzi icmasının nüfuzlu dini liderlərindən biri olan şeyx Hikri yazılı bəyanatla çıxış edərək bildirib ki, dürzilər Suriya ordusu və təhlükəsizlik qüvvələrinin öz ərazilərinə daxil olmasına imkan verməyəcəklər. O, eyni zamanda rəsmi Dəməşqi bədəvi tayfalarına hərbi dəstək verməkdə ittiham edib və beynəlxalq ictimaiyyəti “dürzilərə təcili beynəlxalq müdafiə” göstərməyə çağırıb.

Bu bəyanatla eyni vaxtda İsrailin döyüş təyyarələri Cənubi Suriyanın hava məkanında — Kuneytra–Əs-Süveyda–Dəraa xətti boyunca müşahidə olunub. İsrail Müdafiə Ordusunun (CƏXAL) yaydığı məlumata görə, cənub bölgəsində bir neçə tankı hədəf alan aviazərbə endirilib. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, gərginlik bədəvi ərəblərlə dürzilər arasında dünən səhər artıb. Anadolu agentliyinin məlumatına əsasən, dürzilər bədəvi tayfalarına məxsus bir neçə avtomobili ələ keçirib, bundan sonra silahlı toqquşmalar başlayıb və bir sıra dinc sakinlər əsir götürülüb.

с2

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*