Suriyanın İsrailə qarşı niyyəti nədir? – Lavrovla KRİTİK MÜZAKİRƏbackend

Suriyanın İsrailə qarşı niyyəti nədir? - Lavrovla KRİTİK MÜZAKİRƏ

Suriya Xarici İşlər naziri Əsəd Aş-Şibani İsrailə qarşı düşmənçilik niyyətlərinin olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb.

“Bizim İsrailə qarşı heç bir aqressiv niyyətimiz yoxdur. Biz ölkəni yenidən qururuq, onillik müharibədən yorulmuşuq. İstəyirik ki, suriyalılar birləşsin. Çox sayda qaçqın və müvəqqəti məcburi köçkün var. Bizə sabitlik lazımdır”, – deyə o vurğulayıb.

Aş-Şibani İsrailin Süveyda vilayətinə endirdiyi zərbələri daxili qarşıdurmanı alovlandırmaq cəhdi kimi qiymətləndirib. O əlavə edib ki, Suriya dövləti ölkənin bütün vətəndaşlarının təhlükəsizliyinə cavabdehdir və azlıqlardan istifadə edərək daxili işlərə müdaxiləyə imkan verməyəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*