Sursat daşıyan ikinci ABŞ təyyarəsi İsrailə gəldibackend

Sursat daşıyan ikinci ABŞ təyyarəsi İsrailə gəldi

İsrail ordusu üçün sursat daşıyan ikinci ABŞ təyyarəsi İsrailə gəlib.

KONKRET.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Gallant bildirib.

“ABŞ-ın müdafiə sahəsində əməkdaşlığı imkanlarımızı gücləndirir. Bu gün İDF üçün lazım olan sursatla dolu ikinci təyyarə İsrailə gəldi. ABŞ qüvvələrinin quruda, havada və dənizdə yerləşdirilməsi regiondakı düşmənlərimizə güclü mesaj verir.Bu, azadlıq və ortaq dəyərlərimiz uğrunda müharibədir. Biz mübarizəni davam etdirəcəyik və bu müharibədə qalib gələcəyik”, – nazir deyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*