Sürücü olmadan baş verən qəza – Ziyanı kim ödəməlidir?backend

Sürücü olmadan baş verən qəza - Ziyanı kim ödəməlidir?

Xəbər verdiyimiz kimi, gecə saatlarında Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, park edilmiş avtobus texniki problem nəticəsində öz-özünə hərəkət edib və xeyli sayda maşını əzib. Görəsən, belə olan halda zərərçəkmişlərə dəymiş ziyanı kim ödəcəyək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov dəymiş ziyanı sığorta şirkətlərinin ödəməli olduğunu dedi:

“Burada birmənalı şəkildə dəymiş ziyanı sığorta şirkəti ödəməlidir. Onlar həm avtomobillərə və zərər görmüş şəxslərin xərclərini qarşılamalıdır. Burada ortaya bir məsələ çıxır: ziyanı avtobusu şığortalayan şirkət ödəməlidir, ya avtomobilləri? Baxın, maşınları sığortalayan şirkət ödənişləri etməlidir və sonra avtobusu sığortalayan tərəfdən pullarını geri almalıdırlar”.

Qəza törədən 165 nömrəli avtobusun aid olduğu “Çinar Trans” MMC-dən məsələ ilə bağlı münasibət öyrənməyə çalışsaq da, sorğumuza cavab verilmədi.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*