Sürücülərin NƏZƏRİNƏ: Bu qadın özünü qəsdən maşının altına atır – VİDEObackend

Sürücülərin NƏZƏRİNƏ: Bu qadın özünü qəsdən maşının altına atır - VİDEO

Artıq neçənci dəfədir ki, dələduzluqla məşğul olan bəzi şəxslər özünü bilərəkdən hərəkətdə olan maşının qarşısına ataraq sürücüyə problem yaratmağa, bununla da müəyyən qazanc əldə etməyə çalışır.

KONKRET.az xəbər verir ki, buna oxşar daha bir “qəza” ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, naməlum qadın hərəkətdə olan bahalı maşının qarşısına çatanda özünü bilərəkdən yerə atır. Daha sonra isə ssenarinin digər iştirakçıları yerə yıxılan qadının ətrafına toplaşaraq səs-küy salırlar. Qurama qəzanın iştirakçıları bu üsulla sürücünü şərləməyi hədəfləyirlər.

Sözügedən videonu təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*