“Sus və çox səs-küy salma” – Ollandın Makrona tövsiyəsibackend

"Sus və çox səs-küy salma" - Ollandın Makrona tövsiyəsi

“Fransanın keçmiş prezidenti Fransua Olland hazırkı prezident Emmanuel Makrona Ukraynadakı müharibədən söhbət gedəndə susmağı və səs-küy salmamağı tövsiyə edib”.

KONKRET.az xəbər verir ki, bu barədə Avropanın brusselssignal.eu saytı yazıb.

Köşə yazarı Peter Kadleyin sözlərinə görə, Olland Makrona təklif verib ki, Ukrayna ilə bağlı fikirlərini özündə saxlasın. Çünki bu fikirləri yüksək səslə səsləndirməklə Rusiya prezidenti Vladimir Putinə yalnız verə bilər. Avropa saytı Ollandın çıxışından sitat gətirib. “Hərbi məsələlərlə bağlı mövqeyim ondan ibarətdir ki, nə qədər az danışsaq, bir o qədər yaxşı olar”.

Olland əlavə edib ki, Ukrayna Rusiyaya qarşı müharibədə sona qədər dəstəklənməlidir. O, həmçinin qeyd edib ki, Fransa liderinin NATO qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı qarışıq sxemi çoxları tərəfindən həddən artıq uzağa gedən addım kimi qiymətləndiriləcək. “Yeganə mümkün cavab, Ukrayna ilə tam həmrəy olduğumuzu göstərməkdir. Təbii ki, özümüz heç bir döyüş əməliyyatlarında iştirak etmədən”, – Olland bildirib.

“Ukraynaya dəstək üçün ən geniş konsensusun olması çox vacibdir”, – o əlavə edib və həm Fransadan, həm də ümumilikdə Avropadan ölkəyə yardım axınının saxlanmasının vacibliyini vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*