Mən ilk dəfədir Şuşa şəhərindəyəm. Doğma torpağımıza birinci dəfə ayaq basanda sevinc göz yaşlarımı saxlaya bilmədim.
KONKRET.az xəbər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən Gürcüstanda yaşayan azərbaycanlı Ramilə Babakişiyeva söyləyib.
O qeyd edib ki, Şuşa təəssüratlarını şagirdləri ilə də bölüşəcək. “Mən Gürcüstanda yerləşən məktəbdə ibtidai sinif müəllimiyəm. Hər zaman şagirdlərimə Qarabağımız, qədim Şuşamız haqqında məlumat verir, onlara tariximizi öyrədirəm. Şuşa şəhərində yaşadığım hissləri onlara çatdırmaq mənim üçün də qürurverici olacaq”, – deyə o əlavə edib.