Svitan: “Fransa Ermənistana silah verirsə, deməli,  Rusiya tərəfdə oynayır” – VİDEObackend

Svitan: "Fransa Ermənistana silah verirsə, deməli, Rusiya tərəfdə oynayır" - VİDEO

Fransa Qafqazda Rusiya Federasiyasının tərəfində oynayır.

KONKRET.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan Moldova dövlət televiziyasının efirində deyib.

O, Ermənistana Fransa silahlarının tədarükü ilə bağlı suala cavablandırıb.

“Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinə heç bir dövlətin silah tədarükü ilə qarışmaması daha yaxşı olardı. Fransa belə tapşırıqları yerinə yetirirsə, deməli Rusiyanın tərəfində oynayır. Çox güman ki, Fransada olan güclü erməni diasporu Fransa hökumətinə hər hansı bir şəkildə təsir edir. Burada da Fransa hökumətinin  və təbii ki, rusların da əli var”, – polkovnik bildirib.

Svitan qeyd edib ki, Qarabağ Azərbaycan ərazisidir.

“Bütün beynəlxalq qanunlara əsasən qondarma Dağlıq Qarabağ erməni ərazisi deyil. BMT Nizamnaməsinə görə, Qarabağ Azərbaycanındır. Burada anlaşıllmayan heç bir sual yoxdur”, – ekspert vurğulayıb.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*