SWIFT-dən ayrılacaq Rusiya banklarının siyahısı hələ də işlənir.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi xüsusi deyib: “Biz bankların siyahısını formalaşdırmaq üçün Avropa İttifaqı ilə sıx əlaqə saxlayırıq”.
Rəsmi qeyd edib ki, yekun qərarı Aİ verəcək, ilk növbədə, artıq sanksiyalara məruz qalan banklar nəzərdən keçirilir.