Tacikistan müftisini bıçaqlayan şəxsi hansı cəza gözləyir?backend

Tacikistan müftisini bıçaqlayan şəxsi hansı cəza gözləyir?

Tacikistan Üləmalar Şurasının sədri (Baş Müfti) Səidmukarram Abdulkodirzodaya deşici əşya ilə hücum etdiyi üçün saxlanılan şəxsi 7 ilə qədər həbs cəzası gözləir.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-a respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib:

“Faktla bağlı Cinayət Məcəlləsinin 237-ci (“xuliqanlıq”) maddəsi ilə cinayət işi başlanıb”.

Məcəllənin hazırkı redaksiyasına görə, 237-ci maddədə silahdan istifadə etməklə törədilən xuliqanlığa görə maksimum 7 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*