Taciklərlə farsların daha bir incə fərqi – FOTOLARbackend

Taciklərlə farsların daha bir incə fərqi - FOTOLAR

Taciklər Orta Asiyada ümumi əhalisi 25-40 milyonluq bir xalqdır. Tacikistanla yanaşı Əfqanıstanda da xeyli tacikin yaşadığı faktdır. Lakin bu ölkədə uzun illər siyahıyaalma aparılmadığından rəqəmlə bağlı dəqiq say demək mümkün deyil. Bu iki ölkədən başqa bütün postsovet məkanında, eləcə də İran və Pakistanda böyük tacik icmaları var.

Taciklərin tarixi yaşayış sahəsi daha böyük olub. Bəzi alimlərin iddiasına görə, türk-monqol köçərilərinin çoxsaylı basqınları nəticəsində xalq parçalanıb və əhəmiyyətli bir hissəsi assimilyasiya edilib. Assimilyasiya prosesi bu günə qədər davam edir, xüsusən də tacik-özbək xalqlarının yaxın qohumluq əlaqələrinin artdığı bir dövrdə bu məsələ ciddi xarakter alıb. Belə ki, hər iki xalq arasında qarışıq nikahların sayı getdikcə artır.

Ümumiyyətlə, taciklər kimlərdir? Onların mənşəyi nədir? Onlar hansı irqdən sayılırlar?

Taciklər Hind-Avropa xalqları qrupuna daxildirlər. Tacik dili fars, dari və bir sıra digər dialektləri özündə əks etdirən İran dilləri qrupuna aid edilir. Yeri gəlmişkən, əvvəllər taciklərin əcdadları puştu və pamir dilləri kimi Şərqi İran ləhcəsindən istifadə edirdilər.

Таджики – это народ в Средней Азии, общей численностью 25-40 миллионов человек.-3

Taciklərin əcdadları İran və Şimali Hindistan xalqları ilə sıx bağlıdır. Tarix elmində ari adlandırılan Andronovonlar köçəri xalqlar sayılırdı. Taciklərin bu xalqlardan da olduğu deyilir. Alimlərə görə, taciklər arilər hesab olunur.

4,2 min il əvvəl böyük quraqlıqdan sonra onlar cənuba köçüblər. Andronovonlar şərq iranlılar hesab olunurlar, çünki dil baxımından qərblilərdən – farslardan, midiyalılardan və digərlərindən çox fərqli idilər.

Bütün Fars imperiyasında qəbul edilmiş Zərdüştilik dini belə onları bir xalq etməyib və bu, bütöv bir minillik dövrü əhatə edib. Amma İslam hər şeyi dəyişib: Orta Asiyada ərəb istilaları zamanı islamlaşma farsların əli ilə həyata keçirilib.

Müsəlman ordularının əsgərləri və vaizləri yerli əhali ilə öz dillərində danışdıqları üçün fars dili təkcə əsas ünsiyyət vasitəsi deyil, həm də İslamın özünə çevrilib.

875-ci ildə Ərəb xilafətindən ayrılan Samanilər dövlətində artıq regionda yaşayan kiçik tayfalar xalq kimi formalaşmağa başlayıb. Məhz həmin ildə ilk tarixi tacik dövləti yaranıb.

Таджики – это народ в Средней Азии, общей численностью 25-40 миллионов человек.-4

Ancaq adın özü hələ mövcud deyildi. Daha doğrusu, bu ad başqa xalqa şamil edilib. İslamdan əvvəl də Mesopotamiya sakinləri qonşu ərəb qəbilələrini tac adlandırırdılar. Müsəlman ekspansiyası dövründə bu ad bütün ərəblərə, Orta Asiyada isə burada əsasən farslar olan bütün müsəlmanlara keçib. Hətta sonralar türk fatehləri bütün yerli İran əhalisini tac (və ya artıq taciklər) adlandırmağa başlayıblar. Bu, 16-cı əsrin əvvəllərinə qədər davam edib. İran dünyasında dini parçalanmadan sonra Fars İslamın şiə qoluna çevrilib. Lakin Böyük İranın şərq hissəsi sünni olaraq qalıb və yerli sünni iranlıları fərqləndirmək üçün onları taciklər adlandırıblar.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Mənbə: Canlı Orta Asiya

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*