“İyunun 10-dan Kirantsdan keçən dövlətlərarası yol fəaliyyətini dayandırıb, avtomobillər Açarkut kəndindən keçməli olur. Kənd məktəbinə bitişik ərazidə üç metrlik sərhəd divarı tikilir”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni kinorejissor, ssenarist Samvel Tadevosyan bildirib.
“Hələ aprel ayında razılaşma əldə edilmişdi ki, iyulun sonunda Kirants kəndinin körpüsü və təxminən 1 km-lik yol Azərbaycanın nəzarətinə keçməlidir. Ayın sonuna hələ 20 gün var, amma yol və körpü artıq Azərbaycanın nəzarətindədir”, – deyən erməni ictimai xadimi daha sonra bildirib:
“Xalq sözü özlüyündə hər şeyi deyir: toplanmış xalqa liderlər lazımdır ki, onları səriştəli istiqamətə yönəltsinlər. Kobud misal çəkirəm, amma hansı sürü adətən kəndə qayıdır, çobanın lazım olan yerə apardığı, dərədən götürüb atmadığı sürü. Təkəbbürlü çoban isə bütün vaxt ərzində sürüsünü uçuruma aparır.
Mən xalqı qınaya bilmərəm, bu o, xalqdır ki, vətənin müdafiəsinə cəmi 5 min uşaq verib. Birinci Qarabağ müharibəsi zamanı 6000 erməni əlil və itkin düşüb. Qoynunda böyütdüyü oğulları vətənə bəxş edən xalq daha nə etməlidir? Ona görə də namuslu olmalıyıq, günah oxunu xalqın üstünə tutmamalı, insafla deməliyik ki, bu xalqa lider, əsl rəhbər lazımdır.
Mən xalqımın potensialına inanıram və əminəm ki, vicdanlı rəhbər ola biləcək bir adam var. Bu başqa məsələdir ki, ona hələ arena vermirlər, ya da başqa məsələdir ki, situasiya tam yetişməyib”.
Samvel Tadevosyana görə, insanların səbrinin həddi var, hətta kainatın da həddi var, onu ölçə bilməmələri başqa məsələdir.
“Bu gün dövlətlər nə hərbi sənayedə, nə mədəniyyətdə, nə də iqtisadiyyatda öz maraqlarını qorumaq və inkişaf etdirmək üçün heç nəyi əsirgəmirlər.
Bəs Ermənistan hökuməti nə edir? Heç nə, “eşşək qulağı”nda yatır. Əvəzində adamları həbs edir, iş açır, sonra da bəhanələr gətirir ki, vay, insaflı idilər, yaxşı, bu nə şoudur? Mən demirəm ki, o adamlar günahkardır, yoxsa yox. Bu, vəkillərin işidir, amma insan günahsızdırsa, niyə cinayət işi açırlar”, – deyə kinorejissor vurğulayıb.
Bu gün Azərbaycan potensialının böyük hissəsini hərb elminə verib və dolayısı ilə dünyanın razılığını alıb Ermənistan ərazilərini işğal edib.
Ölkəmizin sahibləri isə əmri yerinə yetirirlər, etməsələr, bağışlanmazlar. Baxın, Saakaşvilidən istifadə etdilər, sonra ona sahib çıxmadılar.
Adam (Niko Paşinyanı nəzərdə tutur-red) parlamentin tribunasından deyir ki, onun bütün günahı odur ki, əvvəllər “Qarabağ Azərbaycanın tərkibində olmalıdır” deməyib, bu, patologiyadır. Əvvəla, bu adamı və onun komandasını psixiatra göstərmək lazımdır.
Biz fəlakətli vəziyyətdəyik, vətənimizi itirmək istəmiriksə, spartalı olmalıyıq, əks halda kürdlər və assurlar kimi olmalıyıq: yaşa, amma vətənsiz”, – deyə Samvel Tadevosyan fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET