Taekvondo üzrə Yeniyetmələr arasında Avropa birinciliyinin ilk günündə Azərbaycan taekvondoçusu qızıl medal qazanıb.
KONKRET.az-ın xəbərinə görə, millimizin heyətində qızların ən aşağı çəki dərəcəsində (-29 kq) mübarizə aparan Zəhra İsayeva Avropa çempionu olub.
Qeyd edək ki, Yeniyetmələr arasında Avropa birinciliyi Maltanın paytaxtı Valetta şəhərində keçirilir. Qitə birinciliyinə bu gün start verilib, yarış 28 noyabradək davam edəcək.