Tahir Salahov dəfn edildi – VİDEO – YENİLƏNİBbackend

Tahir Salahov dəfn edildi - VİDEO - YENİLƏNİB

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov dəfn edilib. 

KONKRET.az xəbər verir ki, T.Salahov Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə Mədəniyyət naziri Anar Kərimov, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edib.

***

 11:56
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunur.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər.

Daha sonra T.Salahovun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*