Tahirkənt-Qazmalar keçid məntəqəsi ilə bağlı VACİB AÇIQLAMA: Rusiya HƏRƏKƏTƏ KEÇDİbackend

Tahirkənt-Qazmalar keçid məntəqəsi ilə bağlı VACİB AÇIQLAMA: Rusiya HƏRƏKƏTƏ KEÇDİ

Rusiya Azərbaycanla sərhəddəki keçid məntəqəsinin hərəkət qabiliyyətini artırmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “RBC”yə Respublikanın Nəqliyyat və Yol Naziri vəzifəsini icra edən Maqomed Taqirov məlumat verib.

Dağıstanda yerləşən Rusiya-Azərbaycan sərhədindəki Tahirkənt-Qazmalar keçid məntəqəsinin yenidən qurulmasının 2,9 milyard rubl kapital qoyuluşu tələb edəcəyi planlaşdırılır.

Taqirovun sözlərinə görə, işlər başa çatdıqdan sonra keçid məntəqəsinin layihələndirilmiş hərəkət gücü gündə 2400 nəqliyyat vasitəsinə qədər artacaq.

O əlavə edib ki, bu nəqliyyat vasitələrindən 1100-ü yük maşını, 1200-ü minik avtomobili və daha 60.000-i avtobus olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*