Taksi sürücüləri oxusun: Hərəkət üçün ayrıca zolaq yaradılacaq? backend

Taksi sürücüləri oxusun: Hərəkət üçün ayrıca zolaq yaradılacaq? 

Bakıda və digər şəhərlərdə urban nəqliyyatın təşkili məsələsi hər zaman aktualdır. Xüsusilə, pik saatlarda yollarda yaranan tıxaclar və sərnişindaşımanın sürətinin azalması şəhər sakinlərinin gündəlik həyatına ciddi təsir göstərir. Bu baxımdan, şəhərdaxili nəqliyyatda taksilərin rolu və onların hərəkətini sürətləndirmək üçün xüsusi zolaqların yaradılması müzakirə mövzusudur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksilər üçün ayrıca zolaq yaradılması məsələsi praktik deyil:

Avtobus qiymətləri artdı, taksilərdə necə olacaq? | KONKRET

“Düşünmürəm ki, taksi üçün ayrıca zolaq yaradılmalıdır. Bunun əksinə, avtobus zolaqlarının geniş istifadəsi daha məqsədəuyğundur. Belə zolaqların mövcudluğu ictimai nəqliyyatın sürətini artırır, şəhər daxilində sərnişindaşımada rahatlığı təmin edir və tıxacların azalmasına xidmət göstərir.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*