ATV kanalında yayımlanan “7 canlı” şousunda maraqlı olay yaşanıb.
KONKRET.az xəbər verir ki, sözügedən proqramda qonaq olan müğənni Talıb Taleyə Alsu adlı xanım evlilik təklif edib.
Müğənninin pərəstişkarı olan xanım ona olan hislərindən söz açıb və ailəsinin də bundan xəbərdar olduğunu bildirib:
“Talıb bəy məni tanımır, onun gizli pərəstişkarıyam. Şəkillərini yığıb albom etmişəm. Nişanlı olduğundan ürək edib ona yaxınlaşa bilmirdim.Nişanlı olması qarşımı kəsirdi. Ona mane olmaq istəmirdim.
Bəlkə də, Talıb buna hazır deyil, amma mən ona ürəyimi açmaq istəyirəm. Bilirəm ki, nişanını qaytarıb və hazırda subaydır. Bu, mənim üçün böyük fürsətdir. Talıb bəylə evlənmək istəyirəm. Onunla evlənmək istədiyimi hətta ailəm də bilir. Otağımın hər yerində fotoları var”.
Xanıma mədəni cəsarətinə görə təşəkkür edən ifaçı bu cavabı verib:
“Bu xanımın simasında yüzlərlə belə pərəstişkar görmüşəm. Xanımın hislərinə hörmətlə yanaşıram. Müğənni kimi mənə qiymət verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm, amma hələ ki evlilik haqqında düşünmürəm. Cəsarətinizə görə, çox sağ olun”
Xatırladaq ki, müğənni Talıb Tale 2018-ci ilin mayında nişanlanıb. İl yarım sonra nişan qarşılıqlı razılıqla sonlandırılıb.