“Taliban”dan kişilərə ŞOK QADAĞAbackend

"Taliban"dan kişilərə ŞOK QADAĞA

“Taliban” Əfqanıstanda kişi dərzilərə qadınlar üçün paltar tikməyi qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Çərikar şəhərindən olan kişi dərzilər “TOLO news” telekanalına bildiriblər.

Onların sözlərinə görə, Fəzilət Nazirliyinin məsul şəxsləri qadınlara paltar tikməyi qadağan edən şifahi əmr göndərib.

Dərzilər bildirib ki, onlar indi emalatxana və dükanlarını bağlamağa məcburdurlar.

“Əvvəl bütün xərclərimizi qadın geyimləri tikməklə ödəmişik”, – dərzi Muxtar Sekandari deyib.

Qeyd olunub ki, “Taliban”ın məhdudiyyətləri nəticəsində bölgədəki dərzilərin çoxu işini itirib, bəziləri isə Əfqanıstanı tərk etmək məcburiyyətində qalıb:

“Qadınlara paltar tikən dərzilərin hamısı işsiz qalıb, bəziləri hətta İrana gedib”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*