“Taliban” Əfqanıstanda ABŞ və NATO-ya dəfn mərasimi keçirdibackend

“Taliban” Əfqanıstanda ABŞNATO-ya dəfn mərasimi keçirdi

“Taliban” yaraqlıları Əfqanıstandan xarici qoşunların çıxarılmasını qeyd edərək aksiya keçirib. Bu, NATO, ABŞ, eləcə də Böyük Britaniya və Fransanın Xosta şəhərində simvolik “cənazə” törəni olub. Xosta Əfqanıstanın şərqində yerləşir.

KONKRET.az Texas News Today-ə istinadla xəbər verir ki, internetdə kütləvi “Taliban” qrupunun başlarının üstündə ölkələrin və təşkilatların bayraqları olan impirovizə olunmuş “tabutlar” qaldırdıqlarını göstərən bir video paylaşılıb.

Taliban sözçüsü Qari Said Xosti 31 avqustun rəsmi azadlıq günü olduğunu söyləyib. “Bu gün Amerika işğalı bitdi və NATO qoşunları ölkəni tərk etdi”, – Zhman TV onun sözlərindən sitat gətirib.

Bu arada, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Co Baydenin digər ölkələrin işlərinə müdaxilənin bitməsinin vaxtı gəldiyini ifadə etməsinin Moskvada müsbət qarşılandığını qeyd edib. O, ümid edir ki, Qərb liderlərinin bəyanatları həqiqətən də “planetimizin gələcəkdə bir az daha sakit olacağına” inam yaradır.

Daha əvvəl ABŞ prezidenti Co Bayden Vaşinqtonun Əfqanıstandan çıxması ilə digər ölkələrin yenidən qurulmasına yönəlmiş böyük hərbi əməliyyatlar dövrünə son qoyduğunu bildirib. Birləşmiş Ştatlar indi Rusiya və Çini də əhatə edən yeni problemlərə diqqət yetirəcək./Qaynarinfo

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*