“Taliban” Əfqanıstanda interneti kəsdibackend

“Taliban” Əfqanıstanda interneti kəsdi

“NetBlocks” beynəlxalq internet monitorinq xidmətinin məlumatına görə, Əfqanıstanda internet xidməti kəsilib.

KONKRET.az xəbər verir ki, təşkilat öz “Telegram” kanalında qeyd edib:

“Taliban hakimiyyətinin mənəviyyatı qorumaq üçün addımlar atdığı üçün Əfqanıstan hazırda internetin tam bağlanması vəziyyətindədir”.

Sentyabrın ortalarında “Taliban” hökuməti “əxlaqsızlığın qarşısını almaq üçün” Bəlx vilayətində fiber-optik interneti qadağan edib. Yerli administrasiyanın sözçüsü Hacı Attaullah Zaid bildirib ki, bu qərarı Taliban lideri Haybətullah Axundzadə verib.

Bu tədbir Bəlxdə dövlət qurumları, özəl sektor və yaşayış binaları üçün Wi-Fi şəbəkəsinin tamamilə kəsilməsi ilə nəticələnib, halbuki daha yavaş olan mobil internet mövcud olaraq qalır.

Kabel şəbəkəsinin bağlanması Əfqanıstanın bütün şimalına təsir edib: Bəlxdən başqa, Kunduz, Bədəxşan, Baqlan və Taxar əyalətlərinə də təsir edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*