Tanınmış aktrisa təcili əməliyyat oldubackend

Tanınmış aktrisa təcili əməliyyat oldu

Türkiyənin tanınmış aktrisası Ece Uslu istirahət üçün getdiyi Çeşmədə bədbəxt hadisə nəticəsində xəsarət alıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, “Kara Kalp” serialının finalından sonra tətilə çıxan 50 yaşlı sənətçi yıxılaraq ağır zədə alıb və əməliyyat olunub.

Məlumata görə, aktrisa yeriyərkən şalvarının ayağına ilişərək büdrəyib və yıxılıb. Nəticədə Uslu təcili olaraq Çeşmə Dövlət Xəstəxanasına aparılıb, ilkin tibbi yardım göstərildikdən sonra İzmirdə əməliyyata götürülüb. Onun ayağına ümumilikdə 16 tikiş vurulub.

Qeyd edək ki, Ece Uslu “Zerda”, “Kara Melek”, “Dayan Yüreğim” kimi seriallardakı unudulmaz rolları ilə tanınıb. O, son olaraq “Kara Kalp” serialında Sumru obrazını canlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*