Tanınmış aktrisa vəfat etdibackend

Tanınmış aktrisa vəfat etdi

Çex əsilli aktrisa Yana Şultsova vəfat edib.

KONKRET.az xəbər verir ki, aktrisa 76 yaşında Praqadakı evində dünyasını dəyişib. Şultsova uzun müddətdir səhhətində problemlər yaşayırdı.

20 il əvvəl qalxanabənzər vəzi əməliyyatı keçirən aktrisada görmə problemləri yaranmağa başlayıb. Bundan sonra o, iki dəfə gözündən əməliyyat olunub. 2014-cü ildə isə Şultsova ayağından əməliyyat olunub ki, bundan sonra tez-tez yıxılması səbəbindən onun bədənində yaralar əmələ gəlib.

Qeyd edək ki, aktrisa 1960-cı illərdə ekranda debüt edib və bir çox ekran işində rol alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*